Афоризмы
4
03.2013

ABŞ-da Azərbaycana həsr olunmuş mühazirə keçirilmişdir — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Nyu Meksiko ştatının Santa Fe Beynəlxalq Münasibətlər Şurasının dəvəti ilə həmin Şuranın üzvləri qarşısında mühazirə ilə çıxış etmişdir.»Azərbaycan və Xəzər bölgəsində hazırkı durum» başlıqlı mühazirədə N.Ağayev Azərbaycanın yaxın tarixi, müstəqil dövlət kimi uğurlu inkişafı, neft-qaz strategiyası və region dövlətlərilə münasibətləri barədə dinləyiciləri məlumatlandırmışdır. Baş konsul Azərbaycanın müstəqilliyin ilk illərində böyük çətinliklərlə, o cümlədən torpaqlarının Ermənistan tərəfindən işğalı, iqtisadi tənəzzül, böyük daxili və xarici təhlükələrlə üzləşdiyini qeyd edərək, belə bir mürəkkəb dövrdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkənin faktiki parçalanmadan və çöküşdən qurtularaq, inkişaf və yüksəliş dövrünə qədəm qoyduğunu diqqətə çatdırmışdır.Neft-qaz strategiyası barədə danışan diplomat bildirmişdir ki, bu strategiya Azərbaycanın zəngin enerji resurslarından uzaqgörənliklə istifadəyə, ölkənin hərtərəfli inkişafına və regionda və dünyada mövqelərinin güclənməsinə, xalqın rifah səviyyəsinin yüksəldilməsinə söykənir.

1050
1 Star2 Stars3 Stars4 Stars5 Stars