Афоризмы
8
11.2013

Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə şaxta olacaq

Bakı və Abşeron yarımadasında noyabrın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 8-12, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

742
1 Star2 Stars3 Stars4 Stars5 Stars