Афоризмы
21
05.2013

Azərbaycan və Tacikistan Milli Konservatoriyaları əməkdaşlıq edəcək — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке.17 may tarixində Tacikistan Respublikasının Milli Konservatoriyasının binasında Azərbaycan Respublikasının Milli Konservatoriyası ilə Tacikistan Respublikasının Milli Konservatoriyası arasında əməkdaşlıq haqqında Saziş imzalandı.Sazişi TR Milli Konservatoriyasının rektoru Racabmad Amirovla AR Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi imzaladılar.İmzalanma mərasimində KİV nümayəndələri ilə yanaşı yerli disporanın nümayəndələri, hər iki ölkənin mədəniyyət, incəsənət adamları iştirak etdilər.Müqavilənin imzalanma prosesində iştirak edən Azərbaycan Respublikasının Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov imzalanan sənədin əhəmiyyətindən danışaraq qeyd etdi ki, mədəni tədbirlərin ikitərəfli münasibətlərin qurulmasında önəmi çox böyükdür. Azərbaycan musiqisinin zənginliyi bu sahədə əldə olunan təcrübə və peşəkarların səviyyəsi baxımından Tacikistan Respublikasının musiqiçilərinin Azərbaycanda təhsil alması marağı başa düşüləndir.Daha sonra Tacikistan Milli Konservatoriyasının rektoru Racabmad Amirov Tacikistan- Azərbaycan ədib və musiqiçilərinin tarixi əlaqələrindən danışdı. Son illər Azərbaycanda keçirilən Muğam musiqi festivallarında Sitora Karamatullonun önəmli yerlərdən birini qazandığını dedi.

466
1 Star2 Stars3 Stars4 Stars5 Stars