Афоризмы
26
03.2014

Azərbaycanda ağır qəza: ölən var — YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке.———————26.04.2014 09:28Dünən Bakı-Qazax avtomagistralının 218-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndi ərazisində zəncirvarı yol qəzası baş verib.Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Adil Muradovun idarə etdiyi 90-BD-634 dövlət nömrə nişanlı «Mercedes» markalı minik avtomobili, Tahir Əliyevin idarə etdiyi 99-EF-293 dövlət nömrə nişanlı eyni markalı maşın və benzin daşıyan avtomaşının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.Qəza nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilindən FHN-in xilasediciləri meyiti xüsusi alətlərin köməyi ilə çıxarıblar.Xəstəxanadan verilən məlumata görə, yaralılar 99-EF-293 dövlət nömrə nişanlı «Mercedes»in sürücüsi Tahir Əliyev, həmçinin Bakı şəhər sakinləri 41 yaşlı Məharət Məmmədova, 50 yaşlı Lətafət Əliyeva, 18 yaşlı Orxan Qocayev, 62 yaşlı Rəqiyyə Muradovadır. Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır, digər üç nəfərin isə orta ağır kimi qiymətləndirir.

121
1 Star2 Stars3 Stars4 Stars5 Stars