Афоризмы
8
03.2013

Azərbaycanın ABŞ-kı səfiri Texas ştatında bir sıra görüşlər keçirmişdir

Day.Azпредставляет новость на азербайджанском языке.7 mart 2013-cü il tarixində səfir Elin Süleymanov Texas ştatına səfəri çərçivəsində Beynəlxalq Əlaqələr Şurasının (World Affairs Council) Hyuston bölməsində Amerika Yəhudi Komitəsinin Hyuston ofisinin təşəbbüsü ilə təşkil edilmiş tədbirdə «Azərbaycan və enerji təhlükəsizliyi» mövzusunda geniş auditoriya qarşısında çıxış etmişdir. Tədbirdə Hyuston şəhərinə akkreditə olunmuş Baş Konsulluq rəhbərləri, nüfuzlu enerji şirkətləri və rəsmi qurumların nümayəndələri iştirak etmişdir. Day.Azın səfirliyin məlumatına istinadən verdiyi xəbərə görə, Azərbaycanın enerji diplomatiyasının tarixindən bəhs edən səfir ölkəmizin əlverişli coğrafı mövqeyi və yeraltı sərvətlərlə zəngin olmasının Azərbaycanı zaman-zaman mübarizə meydanı, geosiyasi maraqların kəsişdiyi məkana çevirdiyini bildirmişdir.

911
1 Star2 Stars3 Stars4 Stars5 Stars