Афоризмы
30
03.2013

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Serbiyada tədbir keçirilmişdir

Day.Azпредставляет новость на азербайджанском языке.29 mart 2013-cü il tarixində 31 Mart — Azərbaycanlıları n Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındak ı Səfirliyində anma mərasimi keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbayc an ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər. Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs edilmiş, tədbir iştirakçılarına 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə məlumat verilmişdir.

827
1 Star2 Stars3 Stars4 Stars5 Stars