Афоризмы
7
05.2013

DQİDK təşkilatçılığı ilə «Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması» mövzusunda konfrans keçirilmişdir — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке.Bu gün Park İnn otelində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə «Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması» mövzusunda konfransı keçirilmişdir. Dövlət Komitəsinin rəhbərliyi və dini qurumların nümayəndələri öncə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə əklil və tər gül dəstələri qoymuş, Ulu Öndərin ruhuna dualar oxumuşlar.Daha sonra Park Inn otelinda tədbir davam etmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan Konfransın açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışmış, Ümummilli Liderin hər zaman milli-mənəvi dəyərlərimizə olan qayğısından söz açmışdır.

644
1 Star2 Stars3 Stars4 Stars5 Stars