Афоризмы
5
03.2013

Kanadada təhsil alan azərbaycanlı tələbələr Parisdə erməni diasporasının üzvləri tərəfindən azərbaycanlıların döyülməsini pisləyidlər

Day.Az представляет новость на азербайджанском языке.Kanadanın Toronto, Kalqari və Makqil Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin assosiasiyaları Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və Azərbaycanlı Vüsal Hüseynovun erməni diasporasının üzvləri tərəfindən döyülməsini pisləyən bəyanat yaymışlar. Bəyanatda hadisənin Fransa Parlamentinin üzvləri, o cümlədən Fransua Roşebluanın iştirakı ilə baş verməsindən və onun Azərbaycanlı tələbələrə qarşı zorakılığı dayandırmaq üçün müdaxilə etməməsindən məyusluq ifadə olunmuşdur. Daha sonra vurğulanır ki, bu təcavüzkar davranış erməni diasporasının üzvləri və ermənipərəst siyasətçilərin vacib məsələlərdə öz mövqeyini ortaya qoymağa çalışan azərbaycanlı tələbə və diaspora üzvləri, o cümlədən qadınlara qarşı fiziki zorakılıq tətbiq etməkdən belə çəkinmədiyini sübut edir.

1017
1 Star2 Stars3 Stars4 Stars5 Stars