Афоризмы
30
05.2013

Lüksemburqda ADR-in 95 illiyinə həsr edilmiş konsert keçirilmişdir — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке. Cari ilin 29 may tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Lüksemburq — Azərbaycan Ticarət Palatası və Lüksemburqda fəaliyyət göstərən Qarabağ Azərbaycan mədəniyyəti Asosiasiyasının təşkilatçılığı ilə, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Lüksemburq Kamera orkestrinin Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi muğam üçlüyü ilə birgə Respublika gününə həsr olunmuş konserti keçirilmişdir. Tədbirdə çıxış edən Səfir Fuad İsgəndərov Azərbaycan Respublikasının müstəqillik tarixi və bu illər ərzində keçdiyi inkişaf yolu, ölkəmizin Avropaya inteqrasiyası istiqamətində atdığı uğurlu addımlar barədə məlumat vermiş, Azərbaycan Respublikasının gənc müstəqil ölkə olmasına baxmayaraq, bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulamışdır.

133
1 Star2 Stars3 Stars4 Stars5 Stars