Афоризмы
8
06.2013

Məşhur türk seriallarının ulduzları Bakıya gəlirlər — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке.Sabah Heydər Əliyev Sarayında 16-cı «Qrand» Milli İctimai Mükafatının təqdimatı keçiriləcək. Milli.Az Axşam.az-a istinadən bildirir ki, «V & V» şirkəti tərəfindən təşkil olunan, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən mərasimdə il ərzində gördükləri işlərlə fərqlənən şou-biznes və mədəniyyət nümayəndələri «Qrand» mükafatına layiq görüləcək.Mükafatlandırma mərasiminə Türkiyədən fəxri qonaqlar dəvət olunublar. Onlar arasında «Elə bir keçər zaman ki…» serialının Əli Kaptanı — Ərkan Petekkaya, Cəmiləsi — Ayça Bingöl, «Möhtəşəm yüz il» serialının Şahzadə Məhmədi — Gürbəy İləri, müğənni Sinan Akçıl və «Ebruli» proqramının aparıcısı Ebru Şallı yer alıb.Qonaqlar Bakıya bu axşam gələcək.

571
1 Star2 Stars3 Stars4 Stars5 Stars