Афоризмы
7
05.2013

Mətbuat Şurasında «Ruhun şad olsun ustad!» kitabının təqdimatı keçirilib — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке. Bu gün Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Məzahir Süleymanzadənin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Ruhun şad olsun ustad!» kitabının təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov redaktoru əməkdar jurnalist Yusif Kərimovun olduğu kitabda Ümummilli lider Heydər Əliyev haqqında tanınmış qələm sahiblərinin, mətbuat işçilərinin xatirələrinin, təəssüratlarının cəmləşdiyini, həmçinin müsahibələrin yer aldığını diqqətə çatdırıb. Heydər Əliyevi jurnalist ictimaiyyətinə yaxın edən cəhətlərdən söz açan Ə.Amaşov bildirib ki, onun müəyyənləşdirdiy i mediaya dövlət qayğısı siyasəti jurnalistikanın gücündən demokratik quruculuq prosesində faydalanma niyyətindən, ümumən jurnalistikanın cəmiyyətdəki yerinə və roluna verilən böyük dəyərdən irəli gəlirdi.

191
1 Star2 Stars3 Stars4 Stars5 Stars