Афоризмы
17
05.2013

Madriddə «Azərbaycan: Avropa ilə Asiya arasında ənənələr və novasiyalar» adlı konfrans təşkil olundu — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке.Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyi tərəfindən keçirilən tədbirlər çərçivəsində 16 may tarixində Madridin «Beatriz Galindo» institutunda «Azərbaycan: Avropa ilə Asiya arasında ənənələr və novasiyalar» adlı konfrans təşkil olundu. Konfransı giriş sözü ilə açan SəfirAltay ƏfəndiyevAzərbaycan-İspaniya əlaqələrinin cari vəziyyətinin və inkişaf perspektivləri barədə danışdı. Daha sonra İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Cənubi Qafqaz üzrə xüsusi Səfiri xanım Maria Victoria Scola Pliego və «Casa Asiya» qurumunun Madrid mərkəzinin proqramlar üzrə direktoru xanım Teresa Gutiérrez del Álamo tədbir iştirakçılarını salamlayaraq, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi barədə söhbət açdılar.

634
1 Star2 Stars3 Stars4 Stars5 Stars