Metro sərnişinləri qatardan düşürtdülər

print

Day.Az представляет новость на азербайджанском языке. Saat 11:30-da «20 Yanvar» stansiyasında ləngiyən qatar «Memar Əcəmi» stansiyasına çatdıqda sərnişinləri düşürüblər.»Axar.az»ın müxbirinin verdiyi xəbərə görə, bu gün saat 11:30-da «Dərnəgül» stansiyası istiqamətinə gedən qatar 12 dəqiqə gecikib.Ləngimə ilə Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasına çatan qatarın sərnişinlərindən «minik yoxdur» bildirişi ilə qatarı tərk etmələri xahiş olunub.Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ilə əlaqə saxladıq. Nəzakət xanım bildirdi ki, problem sadəcə qatarın qapısında olub:»Qatar qapılarının birində nasazlıq baş vermişdi.