Day.Az представляет новость на азербайджанском языке. Müxalifət düşərgəsində təmsil olunan müəyyən fiqurlar hər seçki öncəsi özlərinə sığınacaq axtarmağa başlayırlar. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədriAydın Hüseynovbildirib.A.Hüseynov qeyd edib ki, müxalifətin öz potensial imkanlarına və elektoratına inamı olsaydı, yəqin ki, başqalarının himayəsinə girmək barəsində düşünməzdilər: «Bu il seçki ili olduğunu nəzərə alsaq, məhz kənar, bədnam qüvvələr və müxalifətin xarici havadarları onları öz maraqları istiqamətində fəaliyyətə yönəldirlər.