Афоризмы
6
02.2014

Övladlığa götürmənin şərtləri açıqlandı

Day.Az представляет новость на азербайджанском языке. Beynəlxalq övladlığa verilmə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Təhsil Nazirliyi uşaqların övladlığa verilmə şərtlərini açıqlayıb.Milli.Az xəbər verir ki, nazirlikdən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı ilə tənzimlənir.Övladlığa uşaq götürməyi arzu edən Azərbaycan Respublikasının vətəndaşı ilkin qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarına əsasən, müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qeydiyyata götürülür.

591
1 Star2 Stars3 Stars4 Stars5 Stars