Афоризмы
5
07.2013

Rafiq Quliyevin «Çövkən» filmi Serbiyada mükafata layiq görülmüşdür

Day.Az представляет новость на азербайджанском языке.Cari ilin 29 iyun — 02 iyul tarixlərində Serbiyanın Zlatibor şəhərində «Zlatibor-2013» idman filmləri üzrə ikinci beynəlxalq film festivalı keçirilmişdir.Tədbirdə Serbiya Respublikasının mədəniyyət və informasiya naziri cənab Bratislav Petkoviç, Rusiya Federasiyasının Serbiyadakı Səfiri cənab Aleksandr Çepurin, Zlatibor şəhər meriyasının rəhbərliyi, ölkənin tanınmış mədəniyyət xadimləri, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin nümayəndələri,Serbiya-Azərbayc an Ticarət-İqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin yerli ictimaiyyətin və KİV-in nümayəndələriiştirak etmişlər. Festivalda 18 ölkədən müxtəlif filmlər nümayiş etdirilmişdir. Münsiflər heyətinin qərarına görə Azərbaycan rejissoru Rafiq Quliyevin «Çövkən» filmi idmanda ölkəmizin milli adət-ənənələrini n uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülmüşdür.

1152
1 Star2 Stars3 Stars4 Stars5 Stars