Афоризмы
28
04.2013

Serbiyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş klassik musiqi konserti və fotosərgi keçirilmişdir — FOTO

Day.Azпредставляет новость на азербайджанском языке. 26 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu şəhərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert və ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi keçirilmişdir. Belqrad şəhərinin «İvo Lola Ribar» mədəni-bədii özfəaliyyət cəmiyyətinin konsert salonunda təşkil edilmiş tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ölkə parlamentində fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik korpusun üzvləri, tanınmış musiqiçilər və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak etmişlər.

717
1 Star2 Stars3 Stars4 Stars5 Stars