Афоризмы
1
05.2013

Tikinti şirkətinin rəhbər şəxsinə hökm oxunub

Day.Azпредставляет новость на азербайджанском языке. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan «AQ İnşaatçı Servis» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruŞakir ƏliyevvəRəşid Qəhrəmanovuncinayət işi üzrə məhkəmə başa çatıb.Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Şakir Əliyev 8 il, Rəşid Qəhrəmanov 7 il müddətinə şərti cəza alıblar və məhkəmə zalından azadlığa buraxılıblar.İttihama görə, Şakir Əliyev «AQ İnşaatçı Servis» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə aldatma və etibardan sui-istifadə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2010-2011-ci illərdə cəmiyyətin Nəsimi rayonunda inşa etdiyi 21 mərtəbəli binadan mənzil almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərlə mənzilin dəyəri barədə razılaşaraq binadakı mənzillərin satışına dair vətəndaşlarla müqavilələr bağlayıb.Mənzillərin dəyərini vətəndaşlardan tam şəkildə aldıqdan sonra qeyd olunan şəxslərə ciddi uçot sənədi olmayan kassa mədaxil orderləri və mənzilə görə heç bir borclarının olmaması barədə maliyyə arayışları verərək külli miqdarda özgə əmlakını ələ keçirməklə dələduzluq edib.Bundan başqa, Bakı şəhər sakini Rəşid Qəhrəmanov Şakir Əliyevlə əlbir olaraq həmin binada yerləşən satılmış mənzili digər vətəndaşa təkrar satmaqla onun külli miqdarda əmlakını ələ keçirərək dələduzluq ediblər.

791
1 Star2 Stars3 Stars4 Stars5 Stars