Афоризмы
4
02.2014

Vilnüsdə «Azərbaycanı tanı» adlı fotosərgi açılmışdır

Day.Az представляет новость на азербайджанском языке.Gənclər günü münasibəti ilə, Fevral ayının 3-ündən etibarən Litvanın paytaxtı Vilnüs şəhərində «Azərbaycanı tanı» adlı fotosərgi açılmışdır.Sərbəst girişli və ictimaiyyətə tam açıq olan bu sərgidə Azərbaycanın gözəl güşələri, mədəniyyəti və adət-ənənələrini əks etdirən 40-dan çox foto nümayiş etdirilir. Şəhər sakinlərinin böyük marağına səbəb olan sərgi Fevral ayının 5-nə kimi davam edəcəkdir.Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu vasitəsilə maaliyyə dəstəyi alan layihənin ideya müəllifi Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) idarə heyyətinin sədri Aysel Sultandır. Müəllifə görə, layihənin başlıca məqsədi son illərdə Azərbaycanın Litvada artan xəttlə tanınması və haqqında məlumatların daha geniş yayılmasından irəli gələrək, Azərbaycana səyahət etmək istəyənlərə vizual bir tur təşkil etməkdir.

143
1 Star2 Stars3 Stars4 Stars5 Stars